Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin mövqeyi açıqlandı -FİFA reytinqi
FIFA dünya yığmalarının 2026-cı ildə ilk reytinq siyahısını dərc edib.
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib.
Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 1132,97 xalla 127-ci pillədə qalıb.
Afrika Millətlər Kubokunun qalibi Seneqal 7 pillə irəliləyərək, 1706,83 xalla 12-ci, turnirin finalçısı Mərakeş 3 pillə irəliləyərək, 1736,57 xalla 8-ci, bürünc medalçı Nigeriya 12 pillə irəliləyərək, 1581,55 xalla 26-cı, 3-cü yer uğrunda görüşdə uduzan Misir 4 pillə irəliləyərək, 1556,71 xalla 31-ci yerdə qərarlaşıb.
Türkiyə isə 1582,69 xalla 25-ci pillədə qalıb.
Siyahının ilk 7 pilləsində dəyişiklik baş verməyib. İspaniya 1877,18 xalla 1-ci, Argentina 1873,33 xalla 2-ci, Fransa 1870 xalla 3-cü, İngiltərə 1834,12 xalla 4-cü, Braziliya 1760,46 xalla 5-ci, Portuqaliya 1760,38 xalla 6-cı, Niderland 1756,27 xalla 7-cidir.
Növbəti reytinq siyahısı aprelin 1-də açıqlanacaq.

Oxşar xəbərlər
Millimiz 2025-ci ili 127-ci pillədə başa vurdu
"Şah" yerində durmur - Reytinq cədvəli
Məmmədyarov Rəcəbovu keçdi - FIDE reytinqi
Millimiz FIFA reytinqində gerilədi
Millimiz FIFA reytinqində irəlilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası