reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" iki oyuna 6 qol vurdu -Yoxlama oyunları


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası gün ərzində ikinci yoxlama matçını keçirib.

Sportfm.az xəbər verir ki, bu dəfə rəqib Polşa "Zaqlembe"si olub.

Görüş yenə Azərbaycan təmsilçisinin eyni hesablı qələbəsi ilə yekunlaşıb - 3:1. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivdən qolları Leandro Andrade, Abdullah Zubir və Coni Montiel vurub.

Bununla da Ağdam komandası Antalya toplanışını 3 qələbə ilə başa vurub.

Qeyd edək ki, "Qarabağ" qardaş ölkədəki ilk yoxlama matçında Özbəkistanın "Neftçi Fərqanə" komandasını darmadağın edib - 5:0. Bu gün isə Xorvatiya "Osiyek"i üzərində qələbə qazanılıb - 3:1.

Oxşar xəbərlər

“Qarabağ” “Osiyek”i məğlub etdi - Yoxlama görüşü
"Qarabağ" bir gündə iki oyuna çıxacaq
“Qarabağ” 2026-cı ilə qələbə ilə başladı
“Qarabağ” Avsrtriya toplanışını başa vurdu
"Qarabağ" Avropadan qələbə ilə qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər