reklam
Milli komanda uduzdu, Eto cəzalandırıldı
Sportfm.az xəbər saytı

Milli komanda uduzdu, Eto cəzalandırıldı


Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən cəzalandırılıb.

Sportfm.az xəbər verir ki, əfsanəvi futbolçu Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Mərakeşə 0:2 hesabı ilə uduzduqları oyunda yol verdiyi qeyri-idman hərəkətinə görə 4 matçlıq diskvalifikasiya alıb. Məlumata görə, Eto'o CAF prezidenti Patris Motsepenin yanında hakimlərin qərarlarına qarşı kəskin etirazını bildirərək qəzəbli jestlər edib.

CAF İntizam Komitəsi 44 yaşlı funksioneri idman prinsiplərini pozmaqda təqsirli bilib. Diskvalifikasiya ilə yanaşı, ona 20 min dollar məbləğində cərimə də kəsilib.

Qeyd edək ki, Kamerun Futbol Federasiyası qərarın əsassız olduğunu bəyan edərək prezidentə sona qədər dəstək verəcəyini açıqlayıb.

Oxşar xəbərlər

Kamerunda 60-dan çox futbolçu "lipa" çıxdı
Eto'Onun istefası qəbul olunmadı
Afrika Millətlər Kubokunun bütün iştirakçıları bilindi
Afrika ölkəsinə qadağa qoyuldu
Gecikmə, iğtişaşlar və məhrumiyyət - Kamerun üçün ağır qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər