reklam
Mükafatlandırma mərasiminə buna görə çıxmadılar!
Sportfm.az xəbər saytı

Mükafatlandırma mərasiminə buna görə çıxmadılar!


Türkiyə Super Kubokunun finalında “Fənərbaxça”ya 0:2 hesabı ilə məğlub olan “Qalatasaray” oyundan sonra diqqətçəkən qərar verib.

Sportfm.az xəbər verir ki, "sarı-qırmızılar" mükafatlandırma mərasiminə qatılmamağı qərara alıb.

Atatürk Olimpiya stadionunda keçirilən final qarşılaşması öncəsi klubun əfsanəvi futbolçusu Gökmen Özdenak üçün təşkil olunan bir dəqiqəlik sükutun azarkeşlər tərəfindən fitə basılması bu qərara səbəb olub.

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk deyib: “Bu gün bir sayğı duruşu oldu. Gökmen Özdenakı rəhmətlə yad etmək istədik. Vəfat etmiş bir insana qarşı edilən təhqirlər fonunda, oyundan sonra qarşısına çıxacağımız azarkeşin olduğunu düşünmədik. Bu səbəbdən, mərasimə qatılmadıq".

Qeyd edək ki, final görüşündə “Fənərbaxça” “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edərək Türkiyə Super Kubokunun qalibi olub.

Oxşar xəbərlər

"Fənərbaxça" mövsümdə ilk kubokunu qazandı - Uğur
"Fənərbaxça" - "Qalatasaray" matçının vaxtı bilindi
Okan Buruk "Qalatasaray" azarkeşlərindən üzr istədi
Türkiyə Super Kubokunun qalibi "Qalatasaray" oldu
Okan Buruk tarix yazdı - UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər