reklam
Almaniyalı azarkeşlər Bakıya buraxılmadı -
Sportfm.az xəbər saytı

Almaniyalı azarkeşlər Bakıya buraxılmadı -Qərar


Almaniyanın “Ayntraxt” klubu UEFA Çempionlar Liqasının VII turunda “Qarabağ”la oyunda azarkeşsiz oynayacaq.

Sportfm.az xəbər verir ki, bu barədə qərarı UEFA qəbul edib.

Buna səbəb alman azarkeşlərin ÇL-in VI turunda dekabrın 9-da “Barselona” ilə (1:2) keçirilən matçda meydançaya əşyalar, fişənglər atması və əmlaka ziyan vurmasıdır. Buna görə klub 38 min avro məbləğində cərimələnib.

Frankfurt təmsilçisinin fanatlarının intizamsız davranışı nəzərə alınaraq, onlara Bakıdakı qarşılaşma üçün bilet satışı qadağan edilib.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu 21 yanvar tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər

UEFA "Qarabağ"ın rəqibini cərimələdi
"Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlərin bilet qiymətləri
UEFA “Barselona”nı cərimələdi
Metropolitenin iş rejimində dəyişiklik edildi - "Qarabağ"a görə
Luka cəzalandı - Amma şərti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər