reklam
Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı -
Sportfm.az xəbər saytı

Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı -FOTO


"İnter Mayami"nin hücumçusu Lionel Messi Hindistandakı ilk turunu tamamlayarkən yabanı təbiətin qorunması və xilas edilməsi mərkəzi olan Vantaranı ziyarət edib.

Sportfm.az xəbər verir ki, bu barədə MSN nəşri məlumat yayıb. Ziyarət zamanı argentinalı futbolçu qolundakı "Richard Mille RM 003-V2" saatı ilə diqqət çəkib. Hansı ki, bu saatın dəyəri 1,1 milyon dolları ötür.

Məlumata görə, Messiyə bu nadir rast gəlinən saatı Hindistanın ən zəngin iş adamı olan Anand Ambani hədiyyə edib. Dünyada yalnız 12 ədəd nümunəsi mövcud olan model olduqca nadir nümunələrdəndir.

Qeyd edək ki, Messi Hindistandakı səfəri zamanı Mumbay, Yeni Dehli, Haydərabad və Kalkutta olmaqla dörd şəhərə səfər edib.

Oxşar xəbərlər

Messi əsrin futbolçusu seçildi
Messi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
Messi "İnter Mayami"nin dəyərini 74 faiz artırdı
Messi yeni malikanə aldı - 10 milyona
Messiyə 100 milyon təklif etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər