reklam
Azərbaycan millilərinin rəqibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Azərbaycan millilərinin rəqibləri müəyyənləşdi


Azərbaycanın kişi və qadınlardan ibarət voleybol millilərinin Avropa Liqasında (CEV Volleyball European League 2026) rəqibləri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, qrup mərhələsində yığmaların rəqibləri CEV-in mövcud reytinqi əsasında müəyyənləşib.

Qadınlardan ibarət milli hazırda reytinqdə 27-ci pillədə qərarlaşıb. Buna əsasən komanda İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya, İsrail və İsveçrə ilə qarşılaşacaq.

Kişilərdən ibarət milli isə reytinqdə 38-ci sırada yer alır. Milli Avropa Liqasının qrup mərhələsində Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya və Macarıstan komandaları ilə üz-üzə gələcək.

Reqlamentə əsasən, yarışda 24 qadın və 27 kişi komandası iştirak edir. Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 yığma növbəti mərhələyə vəsiqə qazanacaq.

Yekunda 1-4 yerləri tutacaq komandalar 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.

2018-ci ildən “Qızıl Avropa Liqası” və “Gümüş Avropa Liqası” formatında təşkil olunan yarış növbəti ildən “Avropa Liqası” adı ilə keçiriləcək. Turnir Avropa çempionatına təsnifat xarakteri daşıyır və iştirakçılara reytinq xalları gətirir.

Oxşar xəbərlər

Azərbaycan millilərinin rəqibləri bilindi
Yığmalarımızın Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi bilindı
Millilərimiz Avropa Liqasında iştirak edəcək
Azərbaycan milliləri Qızıl Avropa Liqasında iştirak edəcək
Daha bir millimiz EEVZA-nın çempionatına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər