reklam
Santosun  Premyer Liqamızda 100-cü oyunu
Sportfm.az xəbər saytı

Santosun Premyer Liqamızda 100-cü oyunu


Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib. Braziliyalının yubileyi 13-cü tura təsadüf edib.

Sportfm.az xəbər verir ki, futbolçu “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.

Cənubi amerikalı Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.

Qeyd edək ki, Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.

Oxşar xəbərlər

"Neftçi"nin oyunçusunun yubiley matçı
"Sabah"ın futbolçusu Premyer Liqada 250-ci oyununu keçirdi
Ruan Renato çempionatımızda 100-ə çatdı
Premyer Liqada 100-cü oyununu keçirdi
Emin Mahmudov üçün yubiley matç

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər