reklam
Saşa İliç üzr istədi: Mənim səhvimdir
Sportfm.az xəbər saytı

Saşa İliç üzr istədi: Mənim səhvimdir


"Çətin oyun oldu. "Şamaxı"ya qarşı oynamaq çətindir. Xüsusilə də süni örtüklü meydançada. Oyunumuz yaxşı alındı. İki gözəl qol vurduq. Sevincliyik".

Sportfm.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç səfərdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Oyunun son dəqiqələrində rəqib həmkarı Ayxan Abbasovla mübahisəyə görə qırmızı vərəqə ilə cəzalandırılmış serbiyalı mütəxəssis mətbuat konfransında iştirak edib. O, həmin hadisəni belə şərh edib: "Bu, mənim səhvimdir. Rəqib komandanın baş məşqçisindən də üzr istəyirəm. Bu, futboldur, emosiyalar olur. Gərək olmayaydı. Özüm də futbolçu olmuşam. Xüsusi olaraq kiməsə göstərdiyim jest yox idi. Təəssüf ki, belə oldu".

Oxşar xəbərlər

Baş məşqçilər qırmızı aldı, "Şamaxı" evdə uduzdu - Premyer Liqa
"Daha yaxşı nəticələr uğrunda mübarizə aparacağıq" - Saşa İliç
"Qalatasaray"ın sabiq oyunçusu "Sumqayıt"ın baş məşqçisi oldu
"Bu, futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
Elxan Abdullayev: "Bura üç xal üçün gəlmişdik, onu da qazandıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər