reklam
Baş məşqçilər qırmızı aldı,
Sportfm.az xəbər saytı

Baş məşqçilər qırmızı aldı, "Şamaxı" evdə uduzdu -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 13-cü tura yekun vurulacaq.

Sportal.az xəbər verir ki, hər iki görüş bölgədə keçiriləcək.

"Şamaxı" "Sumqayıt"ı qəbul edəcək.

"Araz-Naxçıvan" isə "Qəbələ"nin qonağı olacaq.

Misli Premyer Liqası
13-cü tur

"Şamaxı” - “Sumqayıt” 1:2
Qollar: Rossi 70 - Yankoviç 89, Ramalinqom 90+1
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu

Qeyd edək ki, “Şamaxı” – “Sumqayıt” matçının (1:2) sonlarında ara qarışıb.

Qonaqların bərabərlik qolundan sonra “Sumqayıt”ın serbiyalı çalışdırıcısı Saşa İliç meydan sahiblərinin məşqçilər heyətinə tərəf qaçıb, qeyri-etik jest edib.

Buna etiraz edən “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə bunu görərək, onun üstünə şığıyıb. Və bundan sonra aləm bir-birinə dəyib.

Oyunun baş hakimi Tural Qurbanov hər iki baş məşqçiyə qırmızı vərəqə göstərib, texniki zonadan qovub.

Oxşar xəbərlər

"Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub etdi
"Turan Tovuz" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
"Sumqayıt" "Şamaxı"ya, "Neftçi" "Turan Tovuz"a qarşı - Premyer Liqa
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası
“Sabah” “Sumqayıt”a, “Zirə” “Şamaxı”ya qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər