reklam
İtaliya mətbuatı “Qarabağ”dan yazdı
Sportfm.az xəbər saytı

İtaliya mətbuatı “Qarabağ”dan yazdı


İtaliyanın “Il Meridiano Sport” idman nəşri UEFA Çempionlar Liqasında bu gün keçiriləcək “Napoli” – “Qarabağ” matçından əvvəl məqalə yayımlayıb.
Sportfm.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Ağdam klubu artıq 2025/2026 mövsümünün Çempionlar Liqasının əvvəlki matçlarında gücünü və xarakterini nümayiş etdirib. Bu baxımdan “Napoli”yə köklənmə, tarazlıq və qərar qəbulunda keyfiyyət lazım olacaq.

Yazıda vurğulanıb ki, 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində debüt edən Azərbaycan çempionu (qrup mərhələsində 2 heç-heçə və 4 məğlubiyyət) cari turnirdə tamamilə fərqli nəticə göstərir. İlk qələbə “Benfika” ilə matçda 3:2 hesabı ilə qazanılıb. Daha sonra “köhlən atlar” “Kopenhagen”i məğlub edib, “Çelsi” ilə hesab 2:2 olub, “Atletik”lə matçda isə məğlubiyyətə uğrayıb.

Nəşr qeyd edir ki, “Qarabağ” matç başına orta hesabla 2 qol göstəricisi ilə 7 xal toplayaraq “Stadio Dieqo Armando Maradona”ya çıxır:

“Qarabağ” Azərbaycan futbolunun ən tanınmış komandasıdır. “Napoli” üçün bu, maksimum diqqət tələb edən matç olacaq, çünki qarşılarında təşkilatlanmış rəqib var”.

Oxşar xəbərlər

“Qarabağ” “Napoli”yə qarşı - Çempionlar Liqası
UEFA-nın rəsmi saytı "Napoli" - "Qarabağ" matçından yazdı
“Napoli” - “Qarabağ” matçının biletləri satışda - Çempionlar Liqası
"Qarabağ", "Qarabağ", yenə də "Qarabağ"
8 il sonra eyni yerdə - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər