reklam
Elçin Cəfərov: Yaxşı hazırlaşanlar yaxşı nəticə göstərəcəklər
Sportfm.az xəbər saytı

Elçin Cəfərov: Yaxşı hazırlaşanlar yaxşı nəticə göstərəcəklər


Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək.

 

Sportfm.az xəbər verir ki, yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə dünya çempionatına yollanacaq komandaların heyəti açıqlanıb.

Daha sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov hər iki komandada hazırlıqların yüksək səviyyədə davam etdiyini bildirib:

"Hər iki yığma komandada vəziyyət yüksək səviyyədədir. İdmançıların hamısı bir neçə gündən sonra başlanacaq dünya çempionatına səylə hazırlaşıblar. Hazırlıq prosesi çox yaxşı səviyyədə gedir. Hamımız ölkəmizi təmsil edəcək güləşçilərdən yüksək nəticələr gözləyirik. Əhval-ruhiyyə də çox yüksəkdir. Hər şey qaydasındadır. İdmançılar yaxşı nəticə göstərmək, məşqçilər hazırlıq prosesi, rəhbərlik isə bu işlərə nəzarətlə məşğuldur. Dünya çempionatına kim necə hazırlaşıbsa, ondan o cür də nəticə gözləyirik. Yaxşı hazırlaşanlar yaxşı nəticə göstərəcəklər, pis hazırlaşanlardan isə nəticə gözləməyə dəyməz. Hər bir komandadan 2-3 medal gözləyirik. Bu da ümumi komanda hesabında ilk "5-liy"ə düşmə şansı verir. İnanıram ki, güləşçilərimiz və məşqçilər korpusu bu işin öhdəsindən gələcəklər."

Oxşar xəbərlər

Avropa çempionatında uğur qazanan qızlarımız vətənə qayıtdı - VİDEO
Dünya üçüncüsü millimiz Vətənə qayıtdı -VİDEO VİDEO
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Cavid Qurbanov milli komandamızın üzvləri ilə görüşüb
Firdovsi Umudov: Dünya çempionatında heç kimə zəmanət vermək olmur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər