Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Üzgüçülük üzrə dünya kuboku Azərbaycanda keçiriləcək
Üzgüçülük üzrə dünya çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi müqavilə imzalanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
2026-cı ilin oktyabrında Bakı Su İdmanı Sarayı üzgüçülük üzrə “Silk Way” (İpək Yolu) dünya kubokuna ev sahibliyi edəcək.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində dünya kubokunun Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar.
İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
“Silk Way” dünya kubokunun ilk mərhələsi məhz Bakıda təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənd (Özbəkistan) və 15-17 oktyabrda Astana (Qazaxıstan) şəhərlərində keçiriləcək.

Oxşar xəbərlər
Bakıda keçiriləcək dünya çempionatının tarixi dəyişdirildi
"Şahdağ"da Dünya Kuboku keçiriləcək
Üzgüçülük Federasiyasına yeni prezident seçildi
2024-cü ildə Bakıda üç dünya kuboku keçiriləcək
Üzgüçülük üzrə Dünya Kuboku ləğv edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası