reklam
İlin ən yaxşı yarımmüdafiəçisi adına namizədlər -
Sportfm.az xəbər saytı

İlin ən yaxşı yarımmüdafiəçisi adına namizədlər -SİYAHI


Dekabrın sonunda Dubayda (BƏƏ) “Globe Soccer Awards” mükafatlandırma mərasimi keçiriləcək.

Sportfm.az xəbər verir ki, mərasimdə 2025-ci ilin ən yaxşı yarımmüdafiəçisi elan olunacaq.

Namizədlər siyahısına 15 tanınmış futbolçu daxildir:

Nikolo Barella (İnter), Çud Bellingem (Real), Desire Due (PSJ), Fermin Lopes (Barselona), Aleksis Makallister (Liverpul), Skott Maktominey (Napoli), Joao Neveş (PSJ), Martin Edeqor (Arsenal), Mikael Olise (Bayern), Koul Palmer (Çelsi), Pedri (Barselona), Deklan Rays (Arsenal), Federiko Valverde (Real), Vitinya (PSJ) və Florian Virts (Liverpul).

Ötən il bu mükafata İngiltərə millisinin və “Real”ın yarımmüdafiəçisi Çud Bellingem layiq görülmüşdü. Mərasim 28 dekabr tarixində baş tutacaq.

Oxşar xəbərlər

İlin məşqçisi adına namizədlər - SİYAHI
2025-ci ildə “qızıl top”a namizədlər
Dünyanın ən yaxşısı adına namizədlər - SİYAHI
İlin ən yaxşı məşqçisi adına namizədlər
Ən yaxşı baş məşqçi və futbolçu adına namizədlər - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər