reklam
İlin məşqçisi adına namizədlər -
Sportfm.az xəbər saytı

İlin məşqçisi adına namizədlər -SİYAHI


Bu ilin sonunda Dubayda (BƏƏ) “Globe Soccer Awards” mükafatlandırma mərasimi keçiriləcək.

Sportfm.az xəbər verir ki, mərasim çərçivəsində 2025-ci ilin ən yaxşı futbol məşqçisi seçiləcək.

Namizədlər arasında Xabi Alonso (Real), Mikel Arteta (Arsenal), Antonio Konte (Napoli), Luis Enrike (PSJ), Hans-Diter Flik (Barselona), Eddi Hou (Nyukasl), Vensan Kompani (Bayern), Enzo Mareska (Çelsi), Roberto Martines (Portuqaliya millisi) və Arne Slot (Liverpul) yer alıb.

Ötən il bu nominasiyada qalib “Real”ın sabiq baş məşqçisi Karlo Ançelotti olmuşdu. Mərasim dekabrın 28-də baş tutacaq.

Oxşar xəbərlər

İlin ən yaxşı məşqçisi adına namizədlər
2024-cü ilin ən yaxşı klubu adına namizədlər
Ən yaxşı baş məşqçi və futbolçu adına namizədlər - SİYAHI
İlin məşqçisi mükafatına namizədlərin adları açıqlanıb
İlin ən yaxşı məşqçiləri - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər