Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi”dən biabırçı addım -Samir Abasovu ifşa edən saytla əməkdaşlığa son verdilər
"Qarabağ" - “Neftçi” oyununda hakimi söyən və buna görə dörd oyunluq cəza alan Samir Abasova görə klub hərəkətə keçib. Belə ki, həmin anın görüntülərini yayan saytla əməkdaşlığa xitam verilib.
Sportfm.az xəbər verir ki, məsələ ilə bağlı Sportlife saytının rəhbəri Mirələm Həsənli məlumat yayıb: "Neftçi" klubunun 9 noyabr 2025-ci il tarixində “Qarabağ” FK ilə keçirdiyi oyundan sonra komandanın baş məşqçisi Samir Abasovun hakimə qarşı etik normalara zidd ifadə işlətməsi təsadüfən əməkdaşımız tərəfindən lentə alınıb və bu fakt ictimai maraq daşıdığı üçün yayımlanıb.
Sözügedən video hər hansı manipulyasiya, şəxsi maraq və ya qərəz məqsədi daşımırdı. Məqsəd idmanda davranış mədəniyyətinə diqqət çəkmək və sağlam idman mühitinin qorunmasına töhfə vermək idi. Daha sonra videonun silinməsi barədə mənə klubun mətbuat katibi tərəfindən vatsap üzərindən müraciət olunub. Lakin mən baş redaktor olaraq peşə borcuma və jurnalist etikasına sadiq qalaraq bu təklifdən imtina etmişəm.
Bundan əlavə, ötən ilin dekabr ayında klubun media üzrə koordinatoru Rüstəm Əfsərli tərəfindən mənə “Neftçi”nin Müşahidə Şurasının sədri Hafiz Zeynalovun adının hazırladığım materialdan çıxarılması ilə bağlı qeyri-peşəkar xarakterli xahiş edilib və o zaman da imtina etmişəm. Bu kimi müdaxilə cəhdləri də jurnalist fəaliyyətinə təsir göstərmək təşəbbüsü kimi qiymətləndirilməlidir".

Oxşar xəbərlər
“Neftçi”də yeni baş məşqçi - RƏSMİ
Samir Abasov "Sumqayıt"dan getdi - RƏSMİ
Rüstəm Əfsərli "Neftçi"də
AFFA Samir Abasova elə cəza verdiki...
Müşahidə Şurasının iclası keçiriləcək - "Neftçi"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA-nın "Danabaş kəndinin əhvalatı" - Millinin matçını niyə izləyə bilmədim?
-
İslandiya yığmamıza yerini göstərdi - DÇ-2026
-
“Neftçi”dən biabırçı addım - Samir Abasovu ifşa edən saytla əməkdaşlığa son verdilər
-
"Azərbaycan millisi eyni sistemdə oynayır" - Santuşla Abbasovun fərqi yox imiş
-
“Azərreyl” ilk matçında uduzdu - CEV Kuboku
-
Millimizin futbolçuları üçün seminar keçirildi

Misli Premyer Liqası