reklam
AFFA Cəbrayılda bayram festivalı təşkil etdi
Sportfm.az xəbər saytı

AFFA Cəbrayılda bayram festivalı təşkil etdi


AFFA-nın təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə şanlı qələbəmizin 5 illik yubileyi münasibətilə işğaldan azad edilmiş Cəbrayıl şəhərində bayram festivalı təşkil olunub.

Sportfm.az xəbər verir ki, tədbir Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbin futbol meydançasında baş tutub.

Festivalda 20-dən çox uşaq iştirak edib. Bayram əhval-ruhiyyəsində keçən tədbir zamanı uşaqlar futbol oyunlarında iştirak edib, əyləncəli vaxt keçiriblər.

Tədbirin sonunda uşaqlara AFFA tərəfindən futbol topları hədiyyə olunub. Hədiyyələr Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımlı tərəfindən təqdim edilib.

Oxşar xəbərlər

Qəbələdə kütləvi futbol festivalı keçirildi - FOTO
Qəbələdə futbol festivalı keçirildi
Bakıda futbol festivalı keçirildi
Şamaxıda futbol festivalı keçirildi - UEFA
Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər