reklam
Qol vurub
Sportfm.az xəbər saytı

Qol vurub "Kəpəz"in tarixinə düşdü


"Kəpəz" Azərbaycan Kubokunda 200-cü qolunu vurub.

Sportfm.az saytı Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azərbaycan Kubokunun 2025/2026 mövsümünün II təsnifat mərhələsində reallaşıb.

"Ağstafa Gəncləri" ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. "Kəpəz"in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında qol sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız "Qarabağ"la "Neftçi"dən geri qalan "Kəpəz" evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Qeyd edək ki, Gəncə komandasının kubokda ilk qolu 1993 mövsümünə təsadüf edib. "Kəpəz" 1/32 finalın ilk oyununda səfərdə "Nicat"la heç-heçə oynayıb – 2:2.

Oxşar xəbərlər

Ukraynalı Azərbaycan klubunun tarixinə düşdü - 1600 qol
"Səbail"dən 50-ci qol - Azərbaycan Kuboku
"Kəpəz"dən 1000-ci qol - Azərbaycan çempionatları
50-ci ev oyunu
“İnter”in 650-ci qolunu kim vurdu?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər