reklam
Sportfm.az xəbər saytı

"Kəpəz"in mövsümdə ilk qələbəsi -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 8-ci tur start götürüb.
Sportfm.az xəbər verir ki, bununla da milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan 12 günlük fasilə başa çatıb.

İlk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. "Şamaxı" "Kəpəz"i qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Kəpəz"in mövsümdə ilk qələbəsi olub. Gəncə təmsilçisi bunadək keçirdiyi 7 oyunun hamısında uduzmuşdu.

Digər qarşılaşmada "Turan Tovuz" evdə son çempion "Qarabağ"ı qəbul edəcək. Bu oyun isə saat 19:00-da start götürəcək.

Turun digər matçları 18 və 19 oktyabr tarixlərində oynanılacaq.

17 oktyabr (cümə)

14:30. “Şamaxı”– “Kəpəz” - 1:4

Qollar: Sezar Enrike, 11 (1:0), Fərid Nəbiyev, 34 (1:1), 39 (1:2), Luis Paçu, 67 (1:3), 85 (1:4)

Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1 ("Şamaxı")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Şamaxı şəhər stadionu

Oxşar xəbərlər

“Qarabağ” “Turan Tovuz”a qarşı - Premyer Liqa
"Sumqayıt" uduzdu, "Şamaxı" qalib gəldi - Premyer Liqa
"Kəpəz" "Şamaxı"ya qalib gəldi - Misli Premyer Liqası
“Qarabağ” "Kəpəz"i məğlub etdi - Misli Premyer Liqası
"Qarabağ" "Kəpəz"ə qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər