reklam
Hər futbolçuya 1 milyon veriləcək - Fantastik mükafat
Sportfm.az xəbər saytı

Hər futbolçuya 1 milyon veriləcək - Fantastik mükafat


2026-cı il dünya çempionatına vəsiqə qazanan Səudiyyə Ərəbistanı yığmasının hər bir futbolçusuna 1 milyon avro mükafat veriləcək.

Sportfm.az xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ölkə rəhbərliyi qərar qəbul edib.

Səudiyyə Ərəbistanı millisi baş məşqçi Xulen Lopeteginin rəhbərliyi altında Asiya zonası üzrə seçmə mərhələsinin həlledici turunda İraqla qolsuz heç-heçə edib - 0:0. Bu nəticə B qrupunda birinci yeri tutmağa yetərli olub.

Beləliklə, ölkə yığması tarixində 7-ci və ardıcıl 3-cü dəfə dünya çempionatında iştirak edəcək.

Qeyd edək ki, DÇ-2026 gələn il 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Oxşar xəbərlər

Afrika təmsilçisi tarixində ilk dəfə finala vəsiqə qazandı
Dünya çempionatının açılış matçı Meksikada olacaq
DÇ-2034-ün finalına ev sahibliyi edəcək ölkə açıqlandı
Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi edəcək
Səudiyyə Ərəbistanı dünya çempionatından vaz keçdi - DÇ-2030

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər