Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan mini-futbol yarışında qalib oldu - FOTO
"Dəniz kuboku - 2017" müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin "G-124" gözətçi gəmisi, Rusiya HDD-nın "Qrad Sviyajsk" kiçik raket gəmisi, İran HDQ-nin "Cövşən" raket kateri və Qazaxıstan HDQ-nin "Sarıarka" raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.
Sportfm.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkdakı idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.
Azərbaycan və İran komandaları arasında keçirilən görüşdə meydan sahibləri 6-3 hesabı ilə qalib gəliblər. Rusiya və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə Rusiya dənizçiləri 3-2 hesabı ilə uğur qazanıb. Gərgin final oyununda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Üçüncü yer uğrunda keçirilən görüşdə isə İran dənizçiləri Qazaxıstan komandasını 5-2 hesabı ilə məğlub ediblər. Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.
Oxşar xəbərlər
Millimizin üzvü mükafatlandırıldı
Hərbçilərimiz futbolda öz məharətini göstərdi
Hərbiçilərimiz “Dəniz kuboku - 2018” turnirində iştirak etdi - FOTO
"Baku World Open"in qalibi məlum oldu - FOTO
Rio-2016: Rumıniya qılıncoynadanları qalib oldular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası