reklam
Millimizin üzvü mükafatlandırıldı
Sportfm.az xəbər saytı

Millimizin üzvü mükafatlandırıldı


Rusiyanın Həştərxan şəhərində təşkil olunmuş Caspian Cup-2019 turniri başa çatıb.

Sportfm.az xəbər verir ki, son oyunda İran millisini 9:3 hesabı ilə məğlub edən Rusiya yığması turnirin qalibi olub. İran gümüş, Qazaxıstan isə bürünc medal qazanıb. Yığmamız turniri sonuncu pillədə başa vurub.

Rusiya-İran qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub. İqita (Qazaxıstan) ən yaxşı qapıçı, millimizin üzvü Eduardo Borges ən yaxşı müdafiəçi, Bahadur (İran) ən yaxşı hücumçu, Romulo (Rusiya) isə ən yaxşı oyunçu seçilib. Turnirin bombardiri Qazaxıstan millisinin üzvü Duqlas olub. 

Mükafatları Rusiya mini-futbol federasiyasının prezidenti Emil Əliyev, Həştərxan vilayətinin bədən tərbiyəsi və idman naziri Maksim Fidurov, vilayətin mini-futbol federasiyasının rəhbəri Remir Muharramov təqdim ediblər. 

2017-ci ildə İranda keçirilmiş ilk turnirdə millimiz üçüncü pilləni tutmuşdu. Həmin vaxt qalib İran, gümüş medalçı isə Rusiya olmuşdu. Qazaxıstan isə dördüncü pillədə yer almışdı.

Oxşar xəbərlər

Millimiz turnirdə son oyununu keçirəcək
Millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq
Milli beynəlxalq turnirdə iştirak edəcək
Millimiz “Caspian Cup 2019”-da mübarizə aparacaq
Azərbaycan mini-futbol yarışında qalib oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər