reklam
Sportfm.az xəbər saytı

"Özbəkistanla görüşlərdə yeni oyunçulara şans verəcəyik" -Elxan Abdullayev


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarıdır.
Sportfm.az xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

O, Özbəkistanda keçirilən təlim-məşq toplanışı barədə fikirlərini bildirib:

“Noyabrda Maltada baş tutacaq Avropa çempionatının seçmə mərhələ oyunlarından öncəki son təlim-məşq toplanışını keçirik. Özbəkistanla iki yoxlama oyunu keçirəcəyik. Rəqib çox güclü komandadır. Bu matçlarda gücümüzü sınayacağıq və seçmə mərhələyə nə dərəcədə hazır olduğumuzu görəcəyik. Həmişə güclü komandalarla qarşılaşmağın tərəfdarı olmuşam. Çünki belədə çatışmazlıqları görürük və həmin səhvlərin üzərində işləməyə başlayırıq. Bəzi futbolçularımız U-21 millimizə dəvət alıblar. Bu səbəbdən Özbəkistanla görüşlərdə yeni oyunçulara da şans verəcəyik. Səfərdən yaxşı nəticələrlə dönməyə çalışacağıq”.

U-19 toplanış çərçivəsində oktyabrın 9-da və 12-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Oxşar xəbərlər

Yığmamız Belarusa qarşı - Yoxlama görüşü
Millimiz 2 yoxlama oyunu keçirəcək
"İlk oyundan çox şey asılı olur" - Millimizin baş məşqçisi
Qadın yığmamızın baş məşqçisi Portuqaliyadan qorxdu: ən güclü bizə düşdü
Minifutbol yığmamız Türkiyə ilə qarşılaşacaq - Yoxlama görüşü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər