Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Bu gün 7 idman növü üzrə yarış keçiriləcək -III MDB Oyunları
Azərbaycanın ev sahibliyi ilə keçirilən III MDB Oyunları davam edir.
Sportfm.az xəbər verir ki, bu gün yarışda 7 idman növü üzrə mübarizə baş tutacaq.
Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək.
Nizami yurdunda həmçinin voleybol yarışının təsnifat mərhələsinin görüşləri baş tutacaq. Azərbaycanın U-15 (qadın) millisi Qırğızıstanla üz-üzə gələcək.
Şəkidə çövkən yarışının təsnifat mərhələsinin növbəti matçları keçiriləcək. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılşacaq.
Qəbələ Atıcılıq Klubunda stend atıcılığı üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.
Qəbələdə o cümlədən badminton yarışlarında idmançılar qarışıq komanda növündə mübarizəyə start verəcəklər.
Yevlaxda boks üzrə mübarizələrdə təsnifat mərhələsinin qarşılaşmaları reallaşacaq.
Mingəçevirdə isə taekvondo yarışında növbəti qaliblərin adları müəyyənləşəcək.
Xatırladaq ki, III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunur.
Yarışın bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.

Oxşar xəbərlər
Bu gün 8 idman növü üzrə yarış keçiriləcək - III MDB Oyunları
Bu gün ölkəmizdə III MDB Oyunlarına start verilir
MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artdı
MDB Oyunlarında 8 ölkədən 2000 minə yaxın idmançı iştirak edəcək
MDB oyunlarında 246 medal uğrunda mübarizə gedəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin