Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şok itki - Yankoviçin durumu ciddidir
"Qarabağ"ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
“Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal var idi. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxardı Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək" - deyə klub rəsmisi bildirib.
Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasında oktyabrın 1-də "Kopenhagen" (Danimarka) və oktyabrın 22-də "Atletik"lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.
Qeyd edək ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının 1-ci turunda "Benfika” ilə keçirilən matçın 77-ci dəqiqəsində zədələnib.

Oxşar xəbərlər
"Qarabağ" "Şelburn"la oyuna ciddi itkilərlə çıxacaq
"Qarabağ"ın aparıcı futbolçuları "Dinamo" ilə matçlarda oynamayacaq
"Qarabağ"ın futbolçusu Belçikaya qarşı 70 dəqiqə oynadı
Yankoviç Bundesliqa klubuna keçir
Yankoviçin çıxışı onların diqqətindən yayınmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.jpg)

Misli Premyer Liqası