reklam
“Kəpəz” 1000-ci rəsmi oyununu keçirdi
Sportfm.az xəbər saytı

“Kəpəz” 1000-ci rəsmi oyununu keçirdi


“Kəpəz” futbol klubu müstəqillik illərində mininci rəsmi oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turu Gəncə təmsilçisi üçün əlamətdar olub.

Qərb klubu yubiley matçında “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.

“Kəpəz” 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəl güclülər dəstəsi) 686, I Liqada (əvvəl birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik Kubokunda 13 qarşılaşmaya çıxıb.

Komanda bu görüşlərdə 415 qələbə qazanıb. 209 heç-heçəsi olan komanda 376 dəfə uduzub.

Yalnız 2006-2009-cu illərdə üç mövsüm fəaliyyətini dayandıran “Kəpəz” müstəqillik illərindəki oyun sayında ancaq “Qarabağ” və “Neftçi”dən geri qalır.

“Kəpəz” müstəqillik illərində ilk oyununu 1992-ci il mayın 3-də “Turan”a qarşı keçirib. Gəncə təmsilçisi ilk ölkə çempionatının açılış günündə 2:1 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

“Turan Tovuz”un 100-cü oyunu
“Araz-Naxçıvan”ın yubuley matçı
50-ci ev oyunu
MOİK-in yubiley qələbəsi
“Plastik”dən "Kəpəz"ə - 350 matç

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər