Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Azərbaycanlı Aleksis Kopello” finalda
Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının dördüncü günü Azərbaycan idmançılarının start xəttinə çıxması ilə əlamətdar olub.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, kişilərin üçtəkanla uzunluğa tullanma yarışında 2 idmançımız qüvvəsini sınayıb.
Onlardan biri milliləşən legioner Aleksis Kopello 16,89 m nəticə göstərərək, təsnifat mərhələsini 7-ci yerdə başa vurub. Bu, Aleksisə final mərhələsində mübarizə aparmaq imkanı verib. Növbəti mərhələyə yüksələn 12 idmançı arasında ən yüksək göstəricini isə amerikalı Kris Benard göstərib - 17,20 m. Həlledici mərhələ avqustun 10-da olacaq.
Digər idmançımız Nazim Babayev isə 16,61 m nəticə ilə 14-cü yer tutub və finala vəsiqə verən 12-ci yerdən 5 sm geri qalib.
Çəkicatmada qüvvəsini sınayan Anna Skidan 73,38 m nəticə göstərərək. Dünyanın 5-cisi olub. O, yalnız Polşa və Çin idmançılarından geri qalıb. Təmsilçimizi bürünc medaldan cəmi 38 sm ayırıb. Bu növdə dünya çempionu adını isə artıq əfsanələşən Anita Vlodarçik qazanıb. O, rəqiblərini böyük üstünlüklə geridə qoyub - 77,90.
Qeyd edək ki, digər atletimiz Hayle İbrahimov avqustun 9-da 5000 m məsafəyə qaçmaqda sürətini yoxlayacaq.
Oxşar xəbərlər
İdmançımız Dünya Kubokunda yarışdı
İdmançımız yalnız Yuşkadan geri qaldı
İdmançımız Olimpiya oyunlarına vəsiqə qazandı
Atletlərimiz dünya çempionatında finala yüksəldi
Avropa çempionatında ilk medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası