reklam
“Qarabağ”ın oyunları İTV-də
Sportfm.az xəbər saytı

“Qarabağ”ın oyunları İTV-də


UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları yenidən İctimai Televiziyada yayımlanacaq.
Sportfm.az xəbər verir ki, “Saran Media” və ölkə ərazisində əsas yayımçı olan CBC Sport telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/26 mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq.

Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək. Razılaşmaya əsasən, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək. Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq.

Xatırladaq ki, İTV ardıcıl 4-cü mövsümdə avrokubok oyunlarını idmansevərlərə təqdim edəcək.

Oxşar xəbərlər

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
Avrokubokların oyunları bu kanallarda yayımlanacaq
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Premyer Liqanın peyk üzərindən yayımı dayandırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər