reklam
Ayrılıq baş verərsə, Corcina ömürlük pul alacaq
Sportfm.az xəbər saytı

Ayrılıq baş verərsə, Corcina ömürlük pul alacaq


"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo və həyat yoldaşı Corcina Rodrigezin evliliyə hazırlaşması gündəmdən düşmür. Portuqaliyalı forvard 9 ildir birlikdə olduğu argentinalı modellə ailə həyatı qurmaq qərarına gəlib.

Sporfm.az xəbər verir ki, Portuqaliyanın TV GUI jurnalı onların bu qərarı ilə bağlı maraqlı məlumat yayıb.

Nəşrin iddiasına görə, tərəflərin boşanma halında qüvvəyə minəcək xüsusi razılaşması var. Müqaviləyə əsasən, ayrılıq baş verərsə, Corcina Rodrigez ömürlük olaraq aylıq 114 min dollar məbləğində ödəniş alacaq.

Bu razılaşma onların ilk övladları – Alana Martininanın doğumundan sonra imzalanıb. Saziş həmçinin modelə Ronaldoya məxsus, Madriddəki eksklüziv La-Finka rayonunda yerləşən və dəyəri 5,64 milyon dollardan çox qiymətləndirilən malikanənin mülkiyyət hüququnu verir.

Müqavilənin məqsədi həm Corcinanın, həm də uşaqlarının maliyyə sabitliyini təmin etməkdir.

Oxşar xəbərlər

"Sənin işığın və sevgin bizi də işıqlandırır” - təbrik postu
Corcina Rodriges geyim markası yaradır - "OM by G"
Corcina razıdı - Ronaldo ilə evlənirlər
Ronaldonun sevgilisi bu dəfə ağ rəngli alt paltarında - FOTO
Ronaldo 73 yaşına qədər 1 milyard dollar qazanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər