reklam
Sportfm.az xəbər saytı

"Araz-Naxçıvan"dan böyükhesablı məğlubiyyət


Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.

Sportfm.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Araz-Naxçıvan" da mərhələnin cavab matçına çıxıb.

Elmar Baxşıyevin komandası Kiprdə "Omoniya"nın qonağı olub. Görüş Naxçıvan təmsilçisinin 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bakıda keçirilən ilk görüşdə isə "Araz-Naxçıvan" rəqibinə 4 cavabsız qolla uduzmuşdu.

Beləliklə, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasındakı çıxışını dayandırıb.

14 avqust

UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

21:00.“Omoniya” (Kipr) - "Araz-Naxçıvan" (Azərbaycan) - 5:0

Qollar: V.Semedo, 9; S. Jovetiç, 22; Evandro, 30, 45+4; Musialovski, 79

İlk oyun - 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu

Oxşar xəbərlər

Azərbaycan klubları bu gün cavab oyununa çıxır - Konfrans Liqası
“Araz-Naxçıvan” və “Sabah” əmsala kömək etmədi
"Araz-Naxçıvan" növbəti qələbə arzusunda - Yenilənir
“Araz-Naxçıvan” üçün əla pley-off şansı - Konfrans Liqası
"Omoniya" ilə matçların hakimləri bəllidi - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər