reklam
PFL icazə vermədi, bölgə komandasını yarım milyona aldı - EKSKLÜZİV
Sportfm.az xəbər saytı

PFL icazə vermədi, bölgə komandasını yarım milyona aldı - EKSKLÜZİV


Azərbaycanda adı açıqlanmayan iş adamı İkinci Liqada mübarizə aparan "Şəki-Siti"ni alıb.

Saytımıza etibarlı mənbədən daxil olan informasiyaya görə, bunun üçün 500 min manatından keçib.

Həmin şəxsin həm də «Xudat Siti»nin sponsoru olduğu bildirilir.

Peşəkar Futbol Liqası (PFL) «Xudat»ı II Liqanın iştirakçıları sırasına əlavə etməkdən imtina etdikdən sonra biznesmen bu addımı atıb.

Yanvar ayına qədər komanda Bakıda məşkunlaşaraq, oyunları paytaxtda keçirəcək.

Yeni ildən sonra isə komanda Şəkiyə gedəcək. Məhz həmin tarixə qədər Şəki şəhər stadionunun əsaslı təmirinin bitirilməsi gözlənilir.

Oxşar xəbərlər

"Qəbələ" akademiyasından sonra futbolumuz daha bir zərbə aldı - EKSKLÜZİV - ŞOK
İkinci Liqa komandasının stadionu təmir ediləcək - müasir qazon olacaq
“Rəvan”ın sabiq baş məşqçisi bölgə klubunda
“Füzuli” və “Şəki Siti”dən böyükhesablı məğlubiyyət - II Liqa
İkinci liqada 3-cü tur başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər