reklam
Ukraynalı futbolçu hərbi xidmətdən belə qaçdı -
Sportfm.az xəbər saytı

Ukraynalı futbolçu hərbi xidmətdən belə qaçdı -Hadisə


Ukrayna “Krivbas”ının qapıçısı İqor Omelçenko Sloveniyada təlim-məşq toplanışında komandanın düşərgəsini tərk edib və Ukraynaya qayıtmayıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Krivbas” klubu təsdiqləyir ki, İqor Omelçenko doğrudan da Sloveniyada keçirilən toplanış zamanı düşərgəni özbaşına tərk edib və komanda ilə birlikdə Ukraynaya qayıtmayıb. Klub futbolçu ilə əlaqə saxlayıb, lakin o, “Krivbas”a qayıtmaqdan imtina edir.

“Krivbas” futbolçunun komandaya qaytarılması üçün bütün zəruri tədbirləri görməyə davam edir və bu məsələ ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxlayır. Klub vəziyyətlə bağlı Ukrayna Premyer Liqasını da məlumatlandırıb.

Futbolçunun klubla qüvvədə olan müqaviləsi hələ bir il müddətinə qüvvədədir. Biz İqor Omelçenkonu müqavilə öhdəliklərinə qayıtmağa çağırırıq”, – deyə klubun açıqlamasında deyilir.

İqor Omelçenko 19 yaşındadır və hazırda “Kryvbas” sistemində U-19 komandasının tərkibində çıxış edir.

Onun Ukraynadakı müharibəyə görə ölkəyə qayıtmadığı bildirilir.

Oxşar xəbərlər

AFFA İqor Ponomaryovu təbrik etdi
"Qəbələ" Ukraynadan futbolçu aldı - RƏSMİ
“Sabah” bu gün Ukrayna komandası oynayacaq
Rahil Məmmədov millimizin düşərgəsini tərk edib
Azərbaycanlı futbolçu yeni klubla anlaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər