reklam
Ruslar olimpiadaya gedəcək -
Sportfm.az xəbər saytı

Ruslar olimpiadaya gedəcək -Şərtlər var


BOK-un yeni prezidenti Kirsti Koventrinin sözlərinə görə, Milanda keçiriləcək qarşıdan gələn Olimpiya Oyunlarında Rusiya və Belarus idmançılarının iştirakı gözlənilir.

Sportfm.az xəbər verir ki, bu barədə “Ski-nordique.net” məlumat yayıb.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının 2026-cı il Qış Oyunlarında iştirakı ilə bağlı hələlik yekun qərar qəbul etməyib.

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında olduğu kimi bu ölkələrin nümayəndələrinə də eyni seçim prosesinin tətbiq ediləcəyi gözlənilir: idmançılar Ukraynadakı müharibəni fəal dəstəkləmədiklərini və öz ölkələrinin hərbi qüvvələri ilə heç bir əlaqəsinin olmadığını sübut etməlidirlər.

2024-cü ilin martında yaradılmış ekspert qrupu müxtəlif mənbələrdən, o cümlədən Rusiya və Belarusda mövcud olan hərbi və ya təhlükəsizlik klubları ilə əlaqəli idmançıların rəsmi siyahılarından istifadə edərək idmançıların profillərini diqqətlə yoxlayıb.

Yalnız “neytral fərdi idmançılar” kimi təsdiq edilmiş şəxslər yarışa buraxılıb. Bu sərt yanaşma 2026-cı ildə təkrarlana bilər.

BOK prezidenti Kirsti Koventri “L’Equipe” qəzetinə deyib: “Biz sentyabr və dekabr görüşlərinə qədər (BOK rəhbərliyinin – red.) tələsməyəcəyik, amma yəqin ki, Parisdəki kimi eyni istiqamətdə hərəkət edəcəyik”.

Yada salaq ki, bir neçə ay əvvəl Koventri müharibə səbəbindən Rusiya və Belarusun, eləcə də digər ölkələrin Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmasına qarşı çıxıb.

Qeyd edək ki, zimbabveli Koventri tarixdə Beynəlxalq Olimpiya Komitəsinin ilk qadın prezidenti olmaqla yanaşı, təşkilata rəhbərlik edən ilk afrikalıdır.

Oxşar xəbərlər

BOK-da ilk qadın prezident
Beynəlxalq Konkisürmə İttifaqından Rusiya idmançılarına yaşıl işıq
Latviya komandalarına qadağa - Rusiya və Belarus milliləri ilə görüşməyəcəklər
Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakı üçün şərtlər məlum oldu
Olimpiya Oyunları Rusiya ilə Belarusda yayımlanmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər