Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
VAR qaydalarında dəyişiklik olacaq
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakimlərə (VAR) ikinci sarı vərəqə və künc zərbəsi epizodlarına müdaxilə hüququ verməyi nəzərdən keçirir.
Sportfm.az xəbər verir ki, bu barədə məlumatı “The Times” nəşri yayıb.
Yeniliyin ilk dəfə 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında sınaqdan keçiriləcəyi bildirilir.
Bundan əlavə, penalti zərbəsi qaydasında da dəyişiklik ola bilər. Yeni təklifə əsasən, qapıçı zərbəni dəf edərsə, hücum edən komanda futbolçularına topa yenidən zərbə endirmək qadağan edilə bilər.
Xatırladaq ki, hazırkı qaydalara görə, VAR yalnız birbaşa qırmızı vərəqə, penalti təyinatı və ofsayd kimi hallarda oyuna müdaxilə edə bilir.

Oxşar xəbərlər
Futbolda ofsayd qaydası dəyişdirilir
VAR hakimlərinin səlahiyyətləri genişləndiriləcək
FİFA ofsayd qaydasını dəyişir
Futbol qaydalarına 4 dəyişiklik təklif edildi
FİFA video kömək sisteminin qaydalara daxil olunmasını dəstəklədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası