reklam
Mahiri belə vurdular -
Sportfm.az xəbər saytı

Mahiri belə vurdular -FOTO


Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” yoldaşlıq görüşündə İngiltərə təmsilçisi “Notts Kaunti” ilə üz-üzə gəlib.
Sportfm.az xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb.

Belə ki, ingilislərin futbolçusu Barri Kotter Mahir Emreliyə arxadan zərbə endirib.

Nəticədə ara qarışıb. Futbolçular bir-birinin üzərinə hücum çəkib. Hakimin müdaxiləsindən sonra isə ara sakitləşib.

Barri Kotter qırmızı vərəqə görərək meydandan qovulub.

Matç “Kayzerslautern”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli görüşdə 1 qol vurub. O, 10-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb. (sportinfo.az)
Mahiri belə vurdular -

Oxşar xəbərlər

“Kayzerslautern” ağlımda qalmışdı" - Mahir Emreli
Mahir Emreli “Kayzerslaytern”də
Mahir Emreli geri döndü - Start heyətinə
Mahir Emreli oynadı, komandası uddu
Mahir Emreli kubok matçında qol vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər