reklam
Sportfm.az xəbər saytı

"Sabah" "Çelye"yə qarşı -Avropa Liqası


"Sabah" bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Çelye" (Sloveniya) ilə qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək. Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında cavam oyunu isə iyulun 17-də Sloveniyada olacaq.

İki matçın cəmində üstün olan tərəf 2-ci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

20:00. "Sabah" (Azərbaycan) - "Çelye" (Sloveniya)

Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)

“Bank Respublika Arena”

Oxşar xəbərlər

“Sabah” – “Çelye” oyununun biletləri satışda
"Sabah" "Makkabi"yə qarşı - Konfrans Liqası
"Zirə" "Şerif" səddini keçə biləcəkmi? - Avropa Liqası
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı
"Sabah" "Partizan"a qalib gəldi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər