reklam
Qurban Qurbanov
Sportfm.az xəbər saytı

Qurban Qurbanov "Qarabağ"ın akademiyasının üzvləri ilə -FOTO


"Qarabağ"ın əsas komandasının məşqçi və futbolçuları “Sozopol Cup 2025” turnirinin qalibi olan U-13 və Azərbaycan çempionu adını qazanan U-14 kollektivlərinin üzvləri ilə görüşüblər.

Sportfm.az xəbər verir ki, görüş komandanın bu gün “Azersun Arena”da keçirilən məşqindən əvvəl gerçəkləşib.

U-13 və U-14 komandalarının futbolçuları və məşqçi heyəti önündə çıxış edən baş məşqçi Qurban Qurbanov onları qazanılan uğurlar münasibəti ilə təbrik edib. O, akademiyanın məşqçilərinə və gənc futbolçularına gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda U-13 və U-14-ün üzvlərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 13 yaşadək futbolçulardan ibarət komanda Bolqarıstanda təşkil edilən “Sozopol Cup 2025” turnirinin qalibi adını qazanıb, 14 yaşadək futbolçulardan ibarət komanda U-14 Liqasının çempionu olub.

Oxşar xəbərlər

“Qarabağ” beynəlxalq turnirin qalibi oldu
Millimiz Avropa çempionu oldu - Uğur
"Vacib qələbə qazandıq" - Qurban Qurbanov
Millnin üzvləri ilə görüş keçirildi
“Neftçi”nin məşqçi və futbolçuları üçün seminar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər