reklam
Klublararası dünya çempionatına start  verildi
Sportfm.az xəbər saytı

Klublararası dünya çempionatına start verildi


İyunun 14-15-nə keçən gecə Mayamidə (ABŞ) futbol üzrə klublararası dünya çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, yarışın açılış matçı “Hard Rok” stadionunda keçirilib. A qrupunda yarışan “İnter Mayami” ilə “Əl-Əhli” (Misir) üz-üzə gəlib. Matç "İnter Mayami"nin üstünlüyü ilə keçsə də, oyunda hesab açılmayıb - 0:0..

43-cü dəqiqədə "Əl-Əhli"dən Trezege penaltini qola çevirə bilməyib. 90+6-cı dəqiqədə isə Lionel Messinin ("İnter Mayami") zərbəsi qapı dirəyinə dəyib.

Növbəti turda “İnter Mayami” “Portu” (Potuqaliya) ilə, “Əl-Əhli” isə “Palmeyras”la (Braziliya) qarşılaşacaq.

Bu gün çempionat daha iki oyunla davam etdiriləcək.

C qrupu

20:00. “Bavariya” (Almaniya) - “Oklend Siti” (Yeni Zelandiya)

B qrupu

23:00. PSJ (Fransa) - “Atletiko” (Madrid, İspaniya)

Qeyd edək ki, dünya çempionatı 32 klubun iştirakı ilə keçirilir. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

Turnirin final oyunu iyulun 13-də olacaq.

Oxşar xəbərlər

Messi daha 1 turnirdə iştirak edəcək - Klublararası Dünya Çempionatı
Klublararası dünya çempionatının püşkü atıldı
FİFA dünya çempionatının püşkü atılacaq
"Real" "Yuventus"la eyni qrupda - Klublararası dünya çempionatı:
Klublararası dünya çempionatına start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər