reklam
Levandovskiyə görə istefa verdi
Sportfm.az xəbər saytı

Levandovskiyə görə istefa verdi


Mixal Probej Polşa millisinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

Sportfm.az xəbər verir ki, bu qərar Polşanın DÇ-2026-nın seçmə mərhələsində Finlandiyaya 1:2 hesablı səfər məğlubiyyətindən əvvəl milli komandanın tarixi bombardiri Robert Levandovski ilə yaşanan qalmaqal fonunda verilib.

Levandovski bildirib ki, Probej baş məşqçi olduğu müddətdə yığmada oynamayacaq.

“Belə bir vəziyyətdə milli komandanın xeyrinə olan ən doğru qərarın istefam olduğunu düşündüm", – deyə Probej Polşa Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

53 yaşlı mütəxəssis Polşa yığmasının sükanı arxasına 2023-cü ilin sentyabrında olub.
Qeyd edək ki, Mixal Probej Levandovskiyə Polşa millisində kapitan sarğısını verməkdən imtina edib.

Oxşar xəbərlər

"Qarabağ"ın qapıçısı heyətdən çıxarıldı
Millidə yeni baş məşqçi
Levandovski millidə oynamayacaq - Zədəyə görə
Levandovski yenə ən yaxşıdır - 2020-ci ilin
Levandovski Sloveniyaya qarşı oynamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər