reklam
UEFA-nın dəstəyi ilə klublara məşğələ keçilir
Sportfm.az xəbər saytı

UEFA-nın dəstəyi ilə klublara məşğələ keçilir


AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə həyata keçirilən SCALE (Special Dual Career Paths to Prevent Early School Leaving) layihəsi çərçivəsində Azərbaycanda meydança fəaliyyətləri uğurla davam edir.
Sportfm.az xəbər verir ki, hazırda layihənin metodologiyasına əsasən futbol təlimləri və təhsil yönümlü məşğələlər 5 futbol klubunda həyata keçirilir. Bunlar “Şəfa” (U-15 qızlar), “Şəfa” (U-17 qızlar), “Ramana” (U-17), EFA (U-17) və “Atletico Baku”dur (U-14).

Meydança fəaliyyətlərində əsas məqsəd gənc futbolçuların həm idman, həm də təhsil sahəsində inkişafına dəstək olmaqdır. Layihə vasitəsilə iştirakçılara məqsəd qoyma, gələcək karyera planlaması, təhsilin əhəmiyyətini dərk etmə və həyat bacarıqlarının formalaşdırılması təşviq olunur. Təlimlər SCALE layihəsi çərçivəsində xüsusi hazırlıq keçmiş məşqçilər tərəfindən həyata keçirilir. Layihə 2025-ci ilin sonunadək davam edəcək və hədəf gənclərin təhsil-idman balansını qurmalarına dəstək verməkdir.

Oxşar xəbərlər

AFFA rəsmiləri Beynəlxalq Tərəfdaşlar Görüşündə
Bakıda futbol festivalı keçirildi
AFFA məktəblərdə yeni layihəyə başladı - FOTO
AFFA 250-dən çox layihənin icrasını həyata keçirəcək
AFFA-da yeni layihə ilə bağlı görüş keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər