reklam
Quba təmsilçisi pley-off oynayacaq -
Sportfm.az xəbər saytı

Quba təmsilçisi pley-off oynayacaq -Birinci Liqa


2025/2026 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş "Difai" ilə II Liqada 4-cü olmuş "Hypers Guba" arasındakı pley-off matçının vaxtı və yeri açıqlanıb.

Sportfm.az xəbər verir ki, mayın 28-də "ASCO Arena"da təşkil olunacaq matç saat 16:00-da start götürəcək.

Bununla əlaqədar mayın 26-da saat 11:00-da AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqası ilə klublar arasında görüş keçiriləcək, oyunun təşkili ilə bağlı digər detallar müzakirə olunacaq.

Qeyd edək ki, görüş “CBC Sport” telekanalı və "youtube" üzərindən "birincikinciliqa" kanalı vasitəsilə canlı yayımlanacaq.

Oxşar xəbərlər

Pley-off matçının vaxtı açıqlandı - I Liqa
2-ci liqaya vəsiqə qazanacaq komanda bilinəcək
2-ci liqaya vəsiqə uğrunda pley-off oyunlarının püşkü atıldı
PFL-dən açıqlama - Pley-off oyunları ilə bağlı
Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər