Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” artıq 100-ə çatdı
“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü böyükhesablı ev qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 35-ci turuna təsadüf edib.
Ağdam klubu öz meydanında “Kəpəz”in qapısından 3 cavabsız top keçirib. “Qarabağ” ölkə çempionatları tarixində evdə ən çox böyükhesablı qələbə qazanan komandadır.
Bölgə təmsilçisinin ilk belə qalibiyyəti 1992-ci il mayın 6-da qeydə alınıb. “Qarabağ” Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.
Ağdam klubu öz meydanında 32 fərqli rəqibi 3 və ya daha çox top fərqi ilə məğlub edib. “Qarabağ” “Sumqayıt”ı daha çox – 10 dəfə böyük hesablı məğlub edib. “Qəbələ” 9, “Şamaxı” və “Kəpəz” 8, “Neftçi” 7, “Səbail” 6, “Bakı” 5, “Xəzər” (Sumqayıt) 4, “Pambıqçı” (Bərdə), “Şahdağ” (Qusar), “ANS Pivani”, MOİK və “Turan” 3, “Viləş”, “Pambıqçı” (Neftçala), “Bakılı”, “Ədliyyə”, “Rəvan”, “Zirə”, AZAL, “Sabah” və “Turan Tovuz” 2, “Şirvan” (Kürdəmir), “Plastik”, “Daşqın”, “Kürmük”, “Avtomobilçi”, “Azəri”, “Şəmkir”, “Dalğıc ADNŞ”, “Araz-Naxçıvan” və “Xəzər Lənkəran” 1 dəfə belə məğlubiyyət alıb.

Oxşar xəbərlər
"Araz-Naxçıvan" Konfrans Liqasında
"Zirə" "Şamaxı"nı məğlub etdi, 400-cü oldu
"Neftçi"dən 20-ci böyükhesablı məğlubiyyət
“Qarabağ”dan 5-ci dəfə 7 qol - Misli Premyer Liqası
"Neftçi” və “Qarabağ”: 100-dən çox böyükhesablı qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Millimizə seçimlər davam edir
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək

Misli Premyer Liqası