Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Barselona” İspaniya çempionluğunu rəsmiləşdirdi
“Barselona” klubu La Liqada sona 2 tur qalmış İspaniya çempionluğunu rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, Kataloniya təmsilçisi XXXVI turda səfərdə “Espanyol”u 2:0 hesabı ilə məğlub edib.
Görüşdə hesabı 53-cü dəqiqədə Lamin Yamal gözəl qolla açıb. Oyunun 90+5-ci dəqiqəsində Martin Lopes meydan sahiblərini məyus edib.
80-ci dəqiqədə "Espanyol"un futbolçusu Leandro Kabrera Yamalı vurduğu üçün birbaşa qırmızı vərəqə alıb.
“Barselona” 85 xalla ən yaxın rəqibi “Real Madrid”dən 7 xal öndədir. Güclü rəqibinə uduzan “Espanyol” 39 xalla 16-cı sırada mövqe tutub.
Qeyd edək ki, bu, "Barselona"nın 28-ci İspaniya çempionluğudur. Kataloniya komandası daha əvvəl 32-ci dəfə ölkə kubokuna sahib çıxıb.

Oxşar xəbərlər
Kataloniya derbisində gülən tərəf "Barselona" oldu - VİDEO
Qələbənin təməlini Benzema qoydu - "Real" 3 xala sevindi
Messi "Barselona"ya qələbə qazandırdı
"Real" Barselona səfərindən yenə əliboş döndü
"Barselona" Kataloniya klubuna qalib gəldi - Adını yarımfinala yazdırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası