reklam
Onlara Birinci Liqanın yolu göründü...
Sportfm.az xəbər saytı

Onlara Birinci Liqanın yolu göründü...


Cari mövsümün sonunda La Liqanı tərk edəcək daha bir komandanın adına aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, bu, "Las Palmas"dır. Kanar adaları təmsilçisi La Liqanın 36-cı turunda "Sevilya"ya uduzub - 0:1.

La Liqanın qaydalarına əsasən, son 3 yeri tutan komandalar çempionatı tərk edəcəklər. Hazırda "Las Palmas" turnir cədvəlində 20 komanda arasında 32 xalla 19-cudur. 17-ci yerdəki "Alaves"in isə 38 xalı var. Bu da o deməkdir ki, "Las Palmas" istənilən halda La Liqa ilə vidalaşacaq.

Xatırladaq ki, La Liqadan gedəcəyi dəqiqləşən ilk komanda “Valyadolid”dir.

Oxşar xəbərlər

“Real” “Sevilya”ya qalib gəldi - La Liqa
La Liqanı tərk edəcək ilk klub
Son 10 ildə ilk dəfə "aşağı yuvarlandılar"
"Barselona" autsayderlə oyunda mühüm xal itirdi
"Real"dan gözlənilməz məğlubiyyət, "Atletiko"dan qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər