reklam
Debüt ilində ən çox qol vuran -
Sportfm.az xəbər saytı

Debüt ilində ən çox qol vuran -REKORD


İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kilian Mbappe debüt mövsümündə vurduğu qol sayında əfsanəvi Alfredo Di Stefanonun rekordunu geridə qoyub.

Sportfm.az xəbər verir ki, bu, "Malyorka"ya qarşı La Liqanın XXXVI tur matçında baş verib.

Toplardan birinin müəllifi olan 26 yaşlı hücumçu aktivindəki qol sayını 28-ə çatdırıb. Fransalı forvard bunu La Liqada 32-ci oyununda gerçəkləşdirib.

Əvvəlki rekordçu Di Stefano 1953/1954 mövsümündə "kral klubu"nda 27 qolla debüt etmişdi.

Qeyd edək ki, "Malyorka"ya qaşı oyun "Real Madrid"in qələbəsi ilə yekunlaşıb - 2:1.

Oxşar xəbərlər

Mbappe Ronaldunu təkrarladı
Arda Gülər axır ki, Madrid klubunda debüt edəcək
Arda Gülərin debüt edəcəyi tarix bilindi
Benzema əfsanəvi futbolçunu geridə qoydu - Qol sayını 217-yə çatdırdı
Kərim Benzema tarixə düşdü - 216 qolla

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər