reklam
“Yuventus” yeni sponsorluq müqaviləsi imzaladı -
Sportfm.az xəbər saytı

“Yuventus” yeni sponsorluq müqaviləsi imzaladı -69 milyonluq


“Yuventus” “Jeep” markası ilə yeni sponsorluq müqaviləsi bağladığını elan edib. Sözləşmə 2028-ci ilə qədər qüvvədə olacaq.
Sportfm.az xəbər verir ki, “Jeep” brendi əsas sponsor qismində çıxış edəcək və onun adı birinci komandanın formalarının üzərində, UEFA və FİFA bayrağı altında keçirilən yarışlar da daxil olmaqla, bütün turnirlərdə əks olunacaq.

Müqavilə cari mövsümdən qüvvəyə minir və Klublararası dünya çempionatını da əhatə edir. Razılaşma çərçivəsində ümumilikdə 69 milyon avro ödəniləcək. Bu məbləğin 4 milyon avrosu 2024/25 mövsümünün qalan hissəsi, 19 milyon avrosu 2025/26 mövsümü, sonrakı iki il üçün isə hər mövsümə 23 milyon avro olmaqla nəzərdə tutulub. UEFA yarışlarında iştirak edilmədiyi halda ödənişlərdə müəyyən azalmalar olacaq.

Bundan əlavə, Turin klubu ABŞ-ın Detroyt şəhərinin turizm bürosu “Visit Detroit”lə də sponsorluq razılaşması imzalayıb. Bu müqavilə daxili turnirlərdə (UEFA və FİFA yarışları istisna olmaqla) formaların ön hissəsində ikinci sponsor yeri üçün nəzərdə tutulub və “Jeep”lə müqavilə ilə eyni müddətdə qüvvədə olacaq.

“Visit Detroit”lə müqavilə “Jeep” razılaşmasından əhəmiyyətli dərəcədə az məbləğdə sabit ödənişi və müəyyən məqsədlərə nail olunması halında bonusları nəzərdə tutur.

“Yuventus”un “Jeep”lə əvvəlki sponsorluq müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatıb. “Jeep” markası “Yuventus”un əsas səhmdarı olan “Eksor” holdinqinə məxsusdu

Oxşar xəbərlər

"Neftçi" beşillik sponsorluq müqaviləsi imzaladı
3 nəhəng və 15 milyon avro
PSJ-də yeni sponsorluq müqaviləsi
“Yuventus” türkiyəli futbolçunun maaşını artıracaq
"Qəbələ"də yeni sponsor bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər