reklam
Qarabağ” irəlilədi, “Zirə” isə gerilədi -
Sportfm.az xəbər saytı

Qarabağ” irəlilədi, “Zirə” isə gerilədi -Dünya klublarının reytinqi


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) aprel ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Sportfm.az xəbər verir ki, 501 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının dörd təmsilçisi yer alıb: “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan”.

Yenilənmiş reytinqə əsasən, Ağdam təmsilçisi 143,5 xalla 124-cü yerdən 114-cü yerə yüksəlib. “Qarabağ”ı “Atletiko Paranaense” (144) qabaqlayır.

“Zirə” 220-ci yerdən 233-cü yerə (94,5) düşüb. “Qartallar”dan bir pillə irəlidə Çinin “Şanxay Şenxua” klubudur (94,75). Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Volfsburq”u (93) qabaqlayır.

“Sabah” isə sıçrayış edərək 393-cü yerdən 367-ci yerə yüksəlib (68,5). “Araz-Naxçıvan” də mövqeyini yaxşılaşdırıb: 492-ci yerdən 454-cü yerə yüksəlib (58,75).

Ayın ən yaxşı klubu isə İspaniya “Real”ıdır.

Oxşar xəbərlər

“Sabah” 61 pillə irəlilədi - Dünya klublarının reytinqi
Reytinqdə 12 pillə geriyə düşdülər - İFFHS
“Qarabağ” 52-ci oldu - Reytinq
"Qarabağ" irəlilədi - Reytinq
“Qarabağ” irəlilədi, “Neftçi” ilə “Sabah” gerilədi - Dünya reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər