Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” irəlilədi, “Neftçi” ilə “Sabah” gerilədi -Dünya reytinqi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportfm.az xəbər verir ki, 414 komandanın yer aldığı siyahıya Azərbaycanın üç təmsilçisi düşüb.
Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” yenə irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 61-ci yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “Ayaks” (Niderland), “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klublar da var.
“Sabah” və “Neftçi”, əksinə, geriləyiblər. Murad Musayevin yetirmələri 286-cı yerdən 302-ci pilləyə düşüblər. Bakılılar 63,5 xala malikdirlər. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (304 xal) başçılıq edir. “Real” 291 xalla ikincidirsə, “İnter” (254) üçüncü yerə yüksəlib.

Oxşar xəbərlər
“Qarabağ” 1 pillə irəlilədi - Dünya reytinqi
"Qarabağ" və "Neftçi" dünya reytinqində irəlilədi
"Qarabağ" irəlilədi - Reytinq
"Qarabağ", "Neftçi" və "Sabah" gerilədi - Dünya reytinqi
“Qarabağ”la “Sabah” irəlilədi - Dünya reytinqi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
"Orhus" Bakıdan məğlub ayrılır - Çempionlar Liqası
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası
-
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı

.png)

Misli Premyer Liqası