reklam
Güləşi millimiz bu gün növbəti toplanışına başladı
Sportfm.az xəbər saytı

Güləşi millimiz bu gün növbəti toplanışına başladı


Yunan-Roma güləşi üzrə milli bu gün növbəti təlim-məşq toplanışına başlayıb.

Sportfm.az xəbər verir ki, yığma komanda mayın 19-dək Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesi keçəcək.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Elvin Mürsəliyevin rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli, İlkin Qurbanov (hər ikisi 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıb.

Qeyd edək ki, bərpa prosesi keçən milli üzvləri məşqçi Kamran Məmmədovun nəzarəti altında Bakıda məşqləri davam etdirəcək.

Oxşar xəbərlər

Millimiz Xorvatiyada təlim-məşq toplanışına başladı
Güləşçilərimiz reytinq turnirində çıxış edəcək
Güləş yığmalarımızın Avropa çempionatı üçün yekun heyətləri - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
Güləşçilərimiz Minskdə təlim-məşq toplanışına başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər