reklam
Sona 1 dəqiqə qalmış istedadlı futbolçu zədələndi
Sportfm.az xəbər saytı

Sona 1 dəqiqə qalmış istedadlı futbolçu zədələndi


“Şamaxı”nın futbolçusu Edqar Adilxanov sıradan çıxıb.

Sportfm.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXXIII turunda evdə “Səbail” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunun 89-cu dəqiqəsində zədələnib.

O, “dənizçilər”in oyunçusu Süleyman Alluşla mübarizədə xəsarət alıb. Adilxanovun əvəzinə meydana Səbayıl Bağırov daxil olub.

Qeyd edək ki, Edqar Adilxanov cari mövsüm ərzində meydana çıxdığı 24 oyunda 3 qol müəllifi olub. U-21 millisinin də üzvü olan Adilxanov hazırda Azərbaycanın ən istedadlı futbolçularından sayılır.

Oxşar xəbərlər

“Şamaxı” futbolçusu ilə yeni müqavilə bağladı
"Şamaxı" - "Səbail" - Start heyətlər
"Səbail" oyunçusu ilə müqaviləni uzatdı
“Zirə”nin müdafiəçisi oyunda zədələndi
“Qalatasaray”ın oyunçusu sıradan çıxdı - 1 aylıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər